Ceyhun Bayramov Türkiyə və Rusiyaya təşəkkür etdibackend

Ceyhun Bayramov Türkiyə və Rusiyaya təşəkkür etdi

“Üçtərəfli bəyanata əsasən, Ermənistan və Azərbaycan arasında razılaşmaların həyata keçirilməsinə nəzarət etmək üçün Rusiya Federasiyası və Türkiyənin Birgə Monitorinq Mərkəzi yaradılacaqdır”.

KONKRET.az xəbər verir ki, bunu ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov çıxışı zamanı deyib.

Nazir bu razılaşmanı reallığa çevirmək üçün verdikləri töhfələrə görə Türkiyə və Rusiyaya təşəkkür edib:

“Bu qonşu dövlətlər Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək razılşamanın zamini kimi mühüm rol oynayırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*