Yeni il günü ABŞ-nın Qərbi Virciniya ştatında qonaqların çılpaq gəzməsinə icazə verilən oteldə güclü yanğın olub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, “The Avalon Resort” adlı ote dağlıq ərazidə yerləşir.
140 dönüşlük ərazidə qurulan otelin bəzi hissələri tamamilə külə dönüb. Alovu söndürmək üçün əraziyə 3 fərqli əyalətdən xilasedicilər çağırılıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Otel rəhbərliyi obyektin bir müddət bağlı olacağını açıqlayıb.
