“Dünyanın 20 ən böyük iqtisadiyyatından ibarət olan “G20” qrupunun hər bir üzvü bərabər statusa malikdir və heç kimin bu qrupu bölməyə gücü çatmaz”.
KONKRET.az Anadolu-ya istinadən xəbər verir ki, bunu Çin xarici işlər naziri Vanq Yi indoneziyalı həmkarı Retno Marsudi ilə görüşü zamanı bildirib.
Vanq “G20”nin makroiqtisadi siyasətlərin koordinasiyasına diqqət yetirməli olduğunu bildirib və birliyin siyasət üçün bir vasitə olmadığını qeyd edib.
Görüş zamanı İndoneziyaya 15-16 oktyabr tarixlərində “G20” Sammitinə uğurla ev sahibliyi etmək üçün lazımi dəstəyin veriləcəyini bildirilib.
Vanq bildirib ki, Pekin Rusiyanın “G8”dən çıxarıldığı kimi Ukrayna müharibəsinə görə “G20”dən də çıxarılacağı təqdirdə buna etiraz edəcək.
Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra “G8”dən çıxarılıb.
İqbal Rzayev,
KONKRET.az
