Çinin Yunnan əyalətinin Naqu şəhərində 13-cü əsrə aid Najiaying məscidinin günbəzinin söküləcəyi xəbərindən sonra müsəlmanlar küçələrə axışıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, müsəlmanlar qərara etiraz etmək üçün məscidin qarşısına toplaşıb.
Məlumata görə, polis müsəlmanların məscidə girməsinə mane olmaq istəyərkən əlbəyaxa dava düşüb.
Təhlükəsizlik qüvvələrinə müqavimət göstərən etirazçılar polisə daşla hücum edib.
Qeyd olunub ki, polis geri çəkildikdən sonra müsəlmanlar məscidə daxil ola bilib. Hazırda günbəzin sökülməsinə mane olmaq istəyən camaat məscidin girişində keşik çəkməyə başlayıb.
İqbal Rzayev,
KONKRET.az
