Çində alış-veriş edənlər supermarketdə karantinə alınıb.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Çin səlahiyyətliləri Covid-19 üçün müsbət test səbəbindən işçiləri və müştəriləri ilə birlikdə supermarketi bağlayıblar.
İnsanlar 14 gün ərzində supermarketdə yemək yeyib, yatmalı olacaqlar. Pekin 2022 Olimpiya Oyunlarının baş tutması ilə sərt “sıfır covid” siyasəti daha da sərtləşdirilib.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
