Çində yayılan virusla bağlı QADAĞAbackend

Çində yayılan virusla bağlı QADAĞA

Çinin orta bölgəsindəki Hubei əyalətinin paytaxtı Vuhan şəhərində yeni tipli pnevmoniya xəstəliyinin sürətlə yayılması ilə əlaqədar sərnişin nəqliyyatına nəzarət gücləndirilərək sakinlərin kütləvi halda başqa yerlərə getməsinə, həmçinin ev heyvanları və quşlar aparmasına qadağa qoyulub.

KONKRET.AZ TASS-a istinadən xəbər verir ki, yerli səhiyyə komitəsinin tətbiq etdiyi yeni qaydalara əsasən, polis avtomobil nəqliyyatını ciddi yoxlamağa başlayıb.

Sözügedən xəstəliyin virusunun yayılmağa başladığı Vuhan şəhərində hələ ötən həftədən dəmir yolu stansiyalarında, avtovağzallarda istilik detektorları quraşdırılıb, xəstəxanalarda yoluxanlar üçün ayrıca 800 çarpayı ayrılıb. Bazar günündən xaricə getməyə hazırlaşanların ciddi müayinəsinə başlanılıb.

Qeyd edək ki, hazırda Çində yeni virusla yoluxanların sayı 224 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*