
Çindən Əfqanıstana Qırğızıstan və Özbəkistan vasitəsilə yeni yük marşrutu açılıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Kaşqar – Oş – Əndican – Qələbə – Hayratan marşrutu üzrə konteyner qatarının sınaqdan keçirilməsinə başlanılıb.
Çinin Kaşqarından Oş şəhərinə ərzaq və məişət texnikası ilə yüklərin daşınması avtomobil, daha sonra isə dəmir yolu ilə həyata keçirilir.
Eyni zamanda, Özbəkistan respublika ərazisindən daşımalarda 70% endirim edib. Digər iştirakçı ölkələr tərəfindən 50%-dək tarif üstünlükləri təmin edilib.
KONKRET.az