Çin bayrağı altında üzən 4 sahil mühafizə gəmisi Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiya ərazi sularına daxil olub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Okinava Sahil Mühafizəsi Qərargahı məlumat yayıb.
Gəmilər Taishoo adalarına yaxınlaşıb və təxminən 2 saat Yaponiyanın ərazi sularına aid mübahisəli ərazidə qalıb. Daha sonra gəmilər Kubasima adasından 25 kilometr şimal-şərqdə üzüblər.
Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra, Çinə məxsus gəmilər bölgəni tərk edib.
Qeyd edək ki, Şərqi Çin dənizində Yaponiyanın Senkaku və Çinin Diaoyu adlandırdığı arxipelaq 5 ada və 3 qayadan ibarətdir.
Heç kimin yaşamadığı arxipelaq uzun müddətdir ki, iki ölkə arasında mübahisələrə səbəb olub.
İqbal Rzayev,
KONKRET.az
