Cinsi azlıqlar Bakıda aksiya keçirdi – Onlara qarşı olan blogerin həbsini tələb etdilər – VİDEObackend

Cinsi azlıqlar Bakıda aksiya keçirdi - Onlara qarşı olan blogerin həbsini tələb etdilər - VİDEO

Avqustun 24-də bir qrup transgender Qaradağ Rayon Polis İdarəsi və ombudsman ofisinin qarşısında etiraz aksiyası keçirib.

KONKRET.az xəbər verir ki, onlar avqustun 22-də Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində qətlə yetirilən Ağdam rayon sakini, 27 yaşlı
Əhəd Nuriyev üçün aksiya keçirdiklərini bildiriblər.

Hadisə ilə bağlı yayılan ilkin məlumatda öldürülən şəxsin qadın olduğu deyilsə də, qətlə yetirilən Əhəd Nuriyevin daha sonradan cinsi azlıqların nümayəndəsi olduğu ortaya çıxıb. Məlumata görə, sözügedən şəxsi bıçaqla qətlə yetirmiş Ağcabədi rayon sakini Mirşahid Mehdiyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Transgenderlər sözügedən qətlin bloger Sevinc Hüseynova tərəfində “İnstagram”da yaydığı çıxışdan sonra baş verdiyini iddia ediblər. Belə ki, S.Hüseynova bir müddət öncə cinsi azlıqlarla bağlı video yayımlayaraq onları sərt tənqid etmişdi.

Aksiya iştirakçılarının iddiaları ilə bağlı S.Hüseynova açıqlama verib. O, öldürülən şəxsə görə məsuliyət daşımadığını bildirib:

“8 nəfər trans mitinq edərək həbsimi tələb edir. Niyə?! Çünkü mən bu ölkədə yeganə insanam ki, bu biabırçılığa son qoyulsun deyə səsimi çıxartdım. Buna görə məni bu ölkədə nə qurumlar, nə də ki dövlət başçısı sizin kimilərin qarşısında əzdirməz. Çünkü mən əxlaqsızlığa son qoyulmasını tələb etdim. Buna bir vətəndaş olaraq haqqım var. Hüquqdan danışırsınızsa o zaman qeyd edim ki, bizim huquqlarımız da var. Və biz məcbur deyilik sizlərin təbliğ etdiyiniz əxlaqsızlığa dözək. Çox Avropa deyirsiniz,cəhənnəm olun o zaman Avropaya. Onlar sizin arxanızdadırsa biz sizin kimiləri istəmirik. Mən qeyd etmişdim ki, o paylaşımda siz də insansınız və sizə yazığım gəlir. Amma özünüzə çəki-düzən verin, cəmiyyəti narahat etməyin. O zaman sizinlə işimiz olmaz. Demək ki, narahat etmisiniz cəmiyyəti ki, birtrans artıq qətlə yetirilib. Bunun günahkarı mən deyiləm. O həyat tərzini seçib günah işləyən transdır. Mənim vicdanım çox rahatdır. Belə davam etsəniz,o zaman xalq mənim arxamda duraraq ayağa qalxıb sizi milcək kimi əzər”.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от الله (@sevinc_huseynova91)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*