Conson: “Putin Ukrayna şəhərlərini Qroznı kimi yerlə-yeksan etmək istəyir”backend

Conson: “Putin Ukrayna şəhərlərini Qroznı kimi yerlə-yeksan etmək istəyir”

“Kremlin sahibi Vladimir Putin Ukrayna ilə sülh danışıqlarında maraqlı deyil. O, Ukrayna şəhərlərini yerlə-yeksan etmək istəyir”.

KONKRET.az “The Guardian”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson deyib.

Onun sözlərinə görə, Putin hələ danışıqlar masası arxasına əyləşməyi planlaşdırmır, amma Çeçenistanda olduğu kimi məhvetmə ssenarisi üzrə getmək istəyir.

“Putin sülh danışıqlarını ciddi qəbul etmir. O, stavkanı ikiqat artırıb Ukraynanın böyük şəhərlərində Qroznı yaratmaq istəyir”, – Conson bildirib.

Britaniya hökumətinin başçısı Rusiya rəhbərliyinin hərəkətlərini “faciəli səhv” adlandırıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*