COVID-19-un ən təhlükəli fəsadı AÇIQLANDIbackend

COVID-19-un ən təhlükəli fəsadı AÇIQLANDI

Sinqapur həkimləri koronavirusun fəsadlarından birinin qanqrena olduğunu bildiriblər.

KONKRET.az xəbər verir ki, bu barədə “The Straits Times” xəbər yayır.

Bildirilir ki, aortada tromb yığılması aşağı ətrafların qanqrenasına səbəb olur.

Həkimlər 39 yaşlı koronavirus xəstəsinin sağ ayağında qəfil ağrıların olmasını və və tədricən barmaqlarında qanqrena yarandığını müşahidə ediblər. Xəstəyə stent qoyulması ilə qanqrenanın yayılmasının qarşısı alınıb və üç ay sonra o, tamamilə yoxa çıxıb.

Mütəxəssislərin sözlərinə görə, şəkərli diabet kimi yanaşı xəstəlikləri olmayan gənc insanlarda belə hallara rast gəlinməsi qəribə hadisədir:

“Koronavirus insult, infarkt və başqa xəstəliklərin inkişafına səbəb ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*