COVID testlərinin cavabı niyə gecikir? – AÇIQLAMAbackend

COVID testlərinin cavabı niyə gecikir? - AÇIQLAMA

Azərbaycanda koronavirus testlərinin cavabı niyə gecikir?

KONKRET.az-ın xəbər verir ki, son zamanlar COVID testlərinin nəticələrinin gecikməsi ilə bağlı şikayətlər artıb. Şikayətçilərin çoxu bildirir ki, onlar koronavirus əlamətləri hiss etdikdə test verirlər. Testin cavabı isə virusun yoluxuculuq müddəti bitənə yaxın çıxır. Bu zaman isə o insanlar məcbur qalıb yenidən aktiv həyatdan təcrid olurlar.

TƏBİB-in nümayəndəsi Elnarə Baxış bildirib ki, ölkədə SARS-COV-2 virusunun “Omicron” variantının aşkarlanması ilə əlaqədar dövlət tibb müəssisələrinə müraciətlərin sayı kəskin artıb:

“Bu da mövcud laboratoriyaların iş yükünün artmasına səbəb olub. Ümumilikdə götürülən testlərin nəticələrinin daha da tez açıqlanması və prosesin sürətləndirilməsi məqsədi ilə mütəmadi addımlar atılır. Bundan sonra da bu istiqamətdə proseslər davam etdiriləcək”. Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*