““Çox pis”lə “faciə” arasında, cavablar Putinin…” – İşdən çıxarılan generalbackend

"“Çox pis”lə “faciə” arasında, cavablar Putinin..." - İşdən çıxarılan general

Qarabağ razılaşması erməni tərəfinin maraqları baxımından çox pisdir, bununla belə bu, həm də çətin situasiyada məcburi atılmış addımdır.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının və Hərbi sənaye komitəsinin sabiq rəisi Artak Davtyan deyib.

O, hazırkı Baş Qərargah rəisinin “çox pis” və “faciə” arasında seçim etmələri barədə bəyanatı ilə razılaşdığını bildirib.

Davtyan müharibənin niyə tez dayandırılmaması ilə bağlı suala cavab vermək üçün Vladimir Putinin çıxışına baxmağın gərəkli olduğunu deyib.

Qeyd edək ki, Putin bundan öncəki çıxışında oktyabrın 19-da Ermənistana 7 rayonun və Şuşaya məcburi köçkünlərin geri qaytarılması ilə bağlı təklif irəli sürüldüyünü, amma Paşinyanın bununla razılaşmadığını bildirmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*