“Çox sayda cəsəd gətirilib, hələ bilmirik ki…” – Erməni əsgər anasıbackend

"Çox sayda cəsəd gətirilib, hələ bilmirik ki..." - Erməni əsgər anası

Zəngilanda tapılan əsgər cəsədlərinin kimliyi hələ müəyyən edilməyib. Bunların uşaqlarımızın cəsədi olduğunu müəyyən etmək üçün DNT analizlərinin nəticəsini gözləyirik.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri oğlu itkin düşmüş Anahit Adoyan deyib.

Adoyan bildirib ki, hələ etiraz aksiyası keçirmirlər:

“Zəngilan ərazisindən hərbi qulluqçuların cəsədləri toplu şəkildə gətirildiyi üçün sayını bilmirik. Hamımız DNT analizinin nəticələrini gözləyirik”.

Qeyd edək ki, Adoyanla birlikdə 34 erməni əsgərinin anası 3 aydan çoxdur cəbhənin Zəngilan istiqamətinə göndərilən övladlarını axtarır, amma indiyə qədər onları tapa bilməyiblər./telegraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*