Cüdoçularımız komanda yarışında bürünc medal qazandılarbackend

Cüdoçularımız komanda yarışında bürünc medal qazandılar

Xorvatiyanın Poreç şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinin komanda yarışları keçirilib.

KONKRET.az xəbər verir ki, Azərbaycan cüdoçuları üçüncü yer uğrunda Polşa yığmasına 4:2 hesabı ilə qalib gələrək çempionatın bürünc medalını qazanıblar.

Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli komandamız fərdi yarışlarda 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa birinciliyində medal əyarına və sayına görə birinci yeri tutub. Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*