Cümhuriyyətin 103-cü ildönümü AY Partiya tərəfindən təntənə ilə qeyd edilib – VİDEOREPORTAJbackend

Cümhuriyyətin 103-cü ildönümü AY Partiya tərəfindən təntənə ilə qeyd edilib - VİDEOREPORTAJ

Şərqin ilk demoktarik Respublikası, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü Azərbaycan Yüksəliş Partiyası tərəfindən əsl bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.

KONKRET.az xəbər verir ki, partiyanın rəhbərliyi və üzvləri öncə Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edərək, önünə əklil qoyublar. Daha sonra AY Partiya rəhbərliyi Fəxri Xiyabanda mərhum prezident Əbülfəz Elçibəyin və Ulu Öndər Heydər Əliyevin məzarlarını da ziyarət ediblər.

Hər iki şəxsiyyətin əziz xatirəsi dərin hörmətlə yad edilib. Bakının rus-erməni işğalından azad olunmasında həyatlarından keçən Türk-İslam Qafqaz Ordusu əsgərlərinin uyuduğu Türk şəhidliyi abidəsi, həmçinin Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi də böyük ehtiramla anılıb. Onların abidələri önünə gül çələngləri və əklil qoyulub. Bu il dövlətçilik tariximizdə ən dərin iz buraxan, bizə müstəqillik sevincini daddıran Cümhuriyyətin 103-cü ildönümü və onun qurucuları olan dövlət babalarımızı tam fərqli hisslərlə yad edirik. Çünki, bu gün Xalq Cümhuriyyətinin bizə mirası olan müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü tam bərpa edilib. İndi başda böyük Rəsulzadə olmaqla, cümhuriyyətin bütün qurucularının, o cümlədən dövlətçilik yolunda ömrünü fəda edən hər kəsin ruhu şaddır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*