Dağıstan Buynaksk şəhərində otuz uşaq qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
KONKRET.az xəbər verir ki, bu barədə şəhər meriyasından məlumat verilib.
“Xəstəxanaya yerləşdirilənlərdə hərarət, ürək bulanması, qusma və bağırsaq narahatlığı insanlarda simptomları müşahidə olunur”, – məlumatda qeyd olunub.
Dağıstan Səhiyyə Nazirliyinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.
