Avstriyada evtanaziya qanuni olub.
KONKRET.az bu barədə BBC-yə istinadən xəbər verir.
Məlumata görə, artıq məsələ ilə bağlı parlamentə təqdim olunan qanun qəbul edilib. Qanun ciddi şəkildə tənzimlənəcək və iki həkim tərəfindən dəyərləndiriləcək.
Qeyd edək ki, evtanaziya sağalmaz xəstəlikdən əziyyət çəkən insan və ya heyvanı həyatdan məhrum etmədir.
Evtanaziya İspaniya, Lüksemburq, Hollandiya, Belçika, Kanada, Avstraliyada qanunidir.
KONKRET.az
