Daha bir erməni hərbçinin meyiti tapıldıbackend

Daha bir erməni hərbçinin meyiti tapıldı

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha bir erməni hərbçinin meyiti tapılıb.

KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, düşmən ölkənin hərbçinin qalıqları Hadrut ərazisində aşkarlanıb. Onun kimliyi hələ ki, müəyyənləşdirilməyib.

Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1 365-ə yüksəlib.

Hazırda axtarış işləri Cəbrayıl və Hadrut istiqamətlərində davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*