Daha bir həkim koronavirusdan vəfat etdi – FOTObackend

Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO

Goranboy Mərkəzi Rayon Xəstəxanasının həkimi Əliyeva İradə Cahangir qızı koronavirusdan vəfat edib.

KONKRET.az-ın məlumatına görə, bu barədə “qafqazinfo”ya mərhumun işlədiyi tibb müəssisəsindən bildirilib.

Bildirilib ki, İ. Əliyeva bir müddət əvvəl COVID-19-a yoluxub və Xırdalan şəhərində yerləşən modul tipli xəstəxanada müalicə alıb. Sonradan vəziyyəti pisləşdiyindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürülüb. Lakin həkimin həyatını xilas etmək mümkün olmayıb və yanvarın 9-da sonuncu müalicə aldığı klinikada dünyasını dəyişib.

İ. Əliyeva Goranboy xəstəxanasında fizioterapevt kimi çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*