Daha bir MÜHARİBƏ: Ərəb koalisiyası Yəmənə hava zərbələri endirdibackend

Daha bir MÜHARİBƏ: Ərəb koalisiyası Yəmənə hava zərbələri endirdi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Səna və Hudeydada husilərə məxsus hərbi hədəfləri vurduğunu açıqlayıb.

KONKRET.az Anadolu-ya istinadən xəbər verir ki, bunu Ərəb koalisiyası Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-ya verdiyi açıqlamada bildirib.

Açıqlamada Yəmənin qərbindəki Hudeyda əyalətinin Salif limanı yaxınlığında Husilərə aid silah arsenalının məhv edildiyi və bölgəyə hava hücumlarının təşkil edildiyi bildirilib. Digər tərəfdən Husilərə məxsus əl-Məsirə televiziyası Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələrinin paytaxt Sənaya 4 hava hücumu təşkil etdiyini bildirib.

Qeyd edək ki, martın 25-də Yəməndə İranın dəstəklədiyi Husi qruplaşması Ciddədəki “Aramco” şirkətinin neft məhsulları paylama obyektlərinə hücum edib və iki neft anbarında yanğın baş verib.

Husi milisləri dünəndən etibarən Səudiyyə Ərəbistanı və Yəməndəki hücumlarını 3 gün müddətinə dayandırdıqlarını açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*