Daha bir nəfəri ildırım vurub öldürdübackend

Daha bir nəfəri ildırım vurub öldürdü

Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Kənddə çobanlıq etdiyi deyilən 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlunu ildırım vurub.

O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, ötən gün ərzində Qərb bölgəsində ildırım vurması nəticəsində daha bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*