Daha bir rayonda qaz kəsiləcəkbackend

Daha bir rayonda qaz kəsiləcək

Sabah Masallı rayonunun 3 kəndində qazın verilişi dayandırılacaq.

KONKRET.az xəbər verir ki, Masallı rayonu ərazisində yerləşən “Alvadı” QPS-dən qidalanan Şərəfə, Çaxırlı, Binə Xocavar kəndlərinin ümumilikdə 2100 əhali abonentinin, asfalt zavodunun və diametri 159 mm-lik sənaye xətti üzərində olan qeyri-əhali abonentlərinin Tətyançay körpüsünün tikintisi ilə əlaqədar qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*