“Daha böyük meşə sahələri də Azərbaycana verildi” – Melkumyanbackend

"Daha böyük meşə sahələri də Azərbaycana verildi" - Melkumyan

“Bugünkü reallıqlar açıq şəkildə nümayiş etdirir ki, Ermənistan hakimiyyəti ölkənin təhlükəsizliyini təmin edə bilmir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Çiçəklənən Ermənistan” müxalifət fraksiyasının üzvü Mikayel Melkumyan bildirib.

O, bu barədə açıqlamanı jurnalistlərə Ermənistan Ombudsmanı Arman Tatoyanın Ermənistanın Sünik bölgəsinin Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə mesajını şərh edərkən verib.

Siyasətçinin sözlərinə görə, GPS sistemindən istifadə edərək sərhədin çəkilməsi mövcud hakimiyyətin zəifliyinin nəticəsidir. Mövcud siyasət nəticəsində birdən-birə Qafan-Gorus avtomobil yolunun bir hissəsinin Azərbaycana məxsus olduğu aydın olub.

Millət vəkili bu yolun sovet dövründən bəri mövcud olduğunu və Azərbaycanın heç vaxt ona iddia qaldırmadığını xatırladıb. Sovet dövründə müəyyən mübahisələr meydana gəlmişdi, lakin “Sotsk” yatağı ilə əlaqəli olduğunu söyləyən Melkumyan Ermənistanın bu yatağın icarəsi üçün çox miqdarda pul ödədiyini də diqqətə çatdırıb.

Şurnuxunun Azərbaycan tərəfinə verilmiş 12 evinin Sovet Ermənistanının bir hissəsi olduğunu vurğulayan Melkumyan sonradan ərazilərin mübadiləsi olduğunu qeyd edib. Melkumyan təəssüf hissi ilə qeyd edib ki, “Mazriduz adlanan yerdə daha böyük meşə sahələri Azərbaycan tərəfinə verilib. Erməni tərəfi hələ ki, öz maraqlarını qoruya bilmir. Bu davam edərsə, azərbaycanlılar ərazilərimizə doğru irəliləməkdə davam edəcəklər”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*