Daha təhlükəli ştammlar yarana bilər – ÜST-dən QORXUNC PROQNOZbackend

Daha təhlükəli ştammlar yarana bilər - ÜST-dən QORXUNC PROQNOZ

“Koronavirus pandemiyası hələ başa çatmır və COVID-19-un yeni daha təhlükəli ştammları yarana və yayıla bilər”.

KONKRET.az xəbər verir ki, bu haqda məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Komitəsinin bəyanatında yer alıb.

Bəyanatda deyilir ki, milli, regional və qlobal səylərə baxmayaraq, pandemiya hələ başa çatmır. Həmçinin bildirilir ki, pandemiya inkişaf etməyə davam edir və qlobal olaraq narahatlıq doğuran 4 variant üstünlük təşkil edir. Bununla yanaşı, komitə yeni və daha təhlükəli ştammların yarana və dünya üzrə yayıla biləcəyi ilə bağlı yüksək ehtimalların olduğunu qəbul edib. Qeyd olunur ki, bu ştammlara nəzarət etmək də çətin olacaq.

ÜST-nin məlumatına görə, son sutka ərzində dünyada 516 528 nəfər koronavirusa yoluxub. Bununla da, dünyada koronavirus infeksiyasına ümumi yoluxanların sayı 188 128 952 nəfər təşkil edib. Pandemiya dövründə 4 059 339 nəfər virusdan dünyasını dəyişib, 3,4 milyarddan çox insan isə peyvənd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*