Danimarkada 1000 illik vikinq xəzinəsi tapılıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, arxeoloqlar xəzinəni ötən ilin payızında ölkənin şimal bölgəsində aşkar edib.
Məlumata görə, bundan əlavə, daha 300-ə yaxın əşya tapılıb.
Mütəxəssislər qeyd edib ki, belə tapıntılar nadir deyil, lakin bu xəzinə yerləşdiyi yerə görə xüsusilə maraqlıdır.
Payızda ərazidə növbəti qazıntıların aparılması planlaşdırılır. Tapılan gümüş sikkələr Olborq Tarix Muzeyində nümayiş etdiriləcək.
İqbal Rzayev,
KONKRET.az
