Senatın mətbuat xidmətindən KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosuna verilən məlumata görə, Qazaxıstan Parlamenti Senatının sədri Dariqa Nazarbayevanın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfərə gedib.

Səfərin proqramına Qazaxıstan Respublikası Parlamenti Senatının sədrinin Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyan, Baş Nazir Nikol Paşinyan və Prezident Armen Sarkisyanla görüşləri daxildir.
Qazaxıstan və Ermənistan arasında ikitərəfli əməkdaşlıq məsələlərinin, həmçinin parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.