Daşkənddə məşhur erməni modelyer öldürüldübackend

Daşkənddə məşhur erməni modelyer öldürüldü

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Daşkənddə 14 yanvar gecəsi məşhur modelyer və xoreoqraf Nariman Qriqoryan öldürülüb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hadisə paytaxtın Yaşnabad rayonunda baş verib. Nariman Qriqoryan “Todes” şou-baletinin ilk quruluşunun keçmiş üzvü, beynəlxalq rəqs yarışlarında Özbəkistandan yeganə münsiflər heyətinin üzvüdür.

O, respublikada modelyer və geyim dizayneri Nariman Qriqoryan ticarət markasının yaradıcısı kimi geniş tanınıb.

2018-ci ildə “Vogue China” jurnalı Qriqoryanı couture axşam geyimləri kolleksiyasına görə “İlin sıçrayışı” nominasiyasında ən yaxşı dizayner kimi tanıyıb. Elə həmin il modelyer Daşkənddə moda evini açıb.

Qriqoryanın qətlinin təfərrüatları hələ açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*