Daşkəsən, Göygöl və Gədəbəyə dolu düşdübackend

Daşkəsən, Göygöl və Gədəbəyə dolu düşdü

Ölkənin Qərb bölgəsində leysan yağış yağır, dağlıq rayonlara dolu düşüb.

KONKRET.az xəbər verir ki, hazırda Gəncə şəhərində güclü yağış yağır.

Bəzi küçələrdə yağış suları nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinlik yaradıb.

Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına dolu düşüb, küləklə müşahidə olunan güclü yağış yağıb.

Hazırda bölgədə güclü ildırım çıxır, yağıntılı hava şəraiti davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*