Davos forumunun əleyhdarları ilə polis toqquşubbackend

Davos forumunun əleyhdarları ilə polis toqquşub

Sürixdə Dünya İqtisadi Forumunun (DİF) əleyhdarları ilə polis arasında toqquşma baş verib, polis gözyaşardıcı qazdan, su şırnaqlarından və rezin güllələrdən istifadə edib.

KONKRET.AZ İsveçrə KİV-inə istinadən xəbər verir ki, bu barədə yanvarın 23-nə keçən gecə İsveçrə polisi məlumat verib.

Radikal ruhlu nümayişçilər fayerlər yandırıb, polisə içki şüşələri atıblar. Üç nəfər saxlanılıb. Yanıq xəsarətləri alan yoldan keçən şəxs və aldığı yara barədə heç bir əlavə məlumatı olmayan polis işçisi xəstəxanaya aparılıb.

İğtişaşların hökumətlə razılaşıdırılmış və bir neçə yüz adamın iştirak etdiyi “Sürixdə DİF-yə qarşıdır” aksiyası zamanı baş verdiyi bildirilir.

Qeyd edək ki, bu il Davos Forumu yanvarın 21-də başlayıb və 24-dək davam edəcək. Təşkilatçılar 117 ölkədən 3000 rəsmi şəxsin iştirak etdiyini bildirib. Forumda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ dövlət başçısı Donald Tramp, Almaniya kansleri Angela Merkel və başqaları iştirak edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*