Davtyan Rüstəm Muradovla erməni “əsirləri” müzakirə etdibackend

Davtyan Rüstəm Muradovla erməni “əsirləri” müzakirə etdi

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan Dağlıq Qarabağın münaqişəsi zonasında yerləşən Rusiya sülhməramlının komandiri, general-leytenant Rüstəm Muradovu qəbul edib.

KONKRET.az Ermənistam mediasına istinadən xəbər verir ki, görüş zamanı təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə edilib, erməni əsirlərin geri qaytarılmasının və itkin düşmüş şəxslərin axtarılmasının vacibliyi vurğulanıb.

Baş Qərargah rəisi Rusiya sülhməramlı kontingentinin səmərəli fəaliyyətinə görə Rüstəm Muradova təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*