Daxili İşlər Nazirliyi “Gilan”ı cərimələdibackend

Daxili İşlər Nazirliyi “Gilan”ı cərimələdi

Daxili İşlər Nazirliyi “Gilan” Holdinqi cərimələyib.

KONKRET.az xəbər verir ki, “Gilan” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtomobili idarə edən şəxs yol hərəkəti qaydalarını pozaraq inzibati xətaya yol verib. Bu xəta təhlükəsizlik şəhər kamerası ilə qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsi həmin cəzanın sürücüyə tətbiq edilməsi üçün xətanın qeydə alındığı zaman avtomobili idarə edən şəxs haqda məlumat verməsi ilə bağlı “Gilan” Holdinqə rəsmi sorğu göndərib.

Lakin şirkət polisin bu sorğusuna cavab verməyib. Buna görə də polis tərəfindən “Gilan” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilərək cərimələnib.

Protokolla bağlı qərar verilməsi üçün Nərimanov rayon məhkəməsinə müraciət edilib. İşə aprelin 15-də hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq./qafqazinfo/

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*