DB iqtisadçısı yeni genişmiqyaslı böhran barədə xəbərdarlıq etdibackend

DB iqtisadçısı yeni genişmiqyaslı böhran barədə xəbərdarlıq etdi

“Koronavirus pandemiyası qlobal tənəzzülə səbəb oldu və indi də maliyyə böhranına səbəb ola bilər”.

KONKRET.az  “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Dünya Bankının baş iqtisadçısı Karmen Reynhart deyib.

Onun fikrincə, vəziyyət tədricən əhəmiyyətli maliyyə nəticələri ilə genişmiqyaslı iqtisadi böhrana çevrilib.

“Bir çox ölkələrin tətbiq etdiyi iqtisadiyyata kütləvi miqdarda vəsait axıdılması ən dayanıqlı yol deyil. Bu səbəbdən dövlətlər borc böhranları ilə qarşılaşa bilərlər. Qarşıda uzun yol var”, – K.Reynhart xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*