DƏHŞƏT: Rusiyanın dəmiryol stansiyasını partlatmaq istədilərbackend

DƏHŞƏT: Rusiyanın dəmiryol stansiyasını partlatmaq istədilər

Rusiya Federasiyasının Belqorod vilayətinin Yakovlevski rayonunda sərnişin elektrik qatarının vaqonlarından bir hissəsi relsdən çıxıb. Hadisənin ilkin səbəbi kimi dəmir yolunda partlayış nəticəsində yaranmış ola biləcək nasazlıq göstərilir.

KONKRET.az xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkovun verdiyi məlumata görə, ilkin araşdırmalar rels üzərində təxminən iki metr uzunluğunda dəmir yolunun olmamasını göstərir. Bu boşluğun partlayıcı qurğunun detonasiya etməsi nəticəsində yarandığı ehtimal edilir.

Qubernatorun sözlərinə görə, maşinist təcili əyləcləmə tətbiq edib. Lakin bu, vaqonun bir hissəsinin relsdən çıxmasının qarşısını ala bilməyib.

Hadisə zamanı qatarda 15 sərnişin olub. Bir qadın ayağından yaralanıb və kürək nahiyəsində əzilmə xəsarətləri alıb. Yaralının vəziyyəti barədə əlavə məlumat verilməyib.

Hadisənin bütün halları və mümkün zərərçəkənlər barədə araşdırma aparılır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*