Del Pyero xəstəxanaya yerləşdirildibackend

Del Pyero xəstəxanaya yerləşdirildi

 “Yuventus”un və İtaliya millisinin sabiq ulduzu Alessandro Del Pyero ABŞ-da xəstəxanaya yerləşdirilib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki,  Los-Anceles şəhərində müalicəyə alınan Del Pyeronun böyrəklərində daş olduğu aşkarlanıb..

Alessandro bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.

“Hələ də inana bilmirəm ki, belə balaca 3 millimetrlik şey bu qədər problem yaratsın” deyən sabiq futbolçu koronavirusa yoluxmadığını bildirib.

Xatırladaq ki, Del Pyero 1993-2012-ci illərdə “Yuventus” formasını geyinib və 6 çempionluq, bir kubok, dörd Superkubok qazanıb.

Çempionlar Liqasının qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*