ABŞ-ın cənubunu cənginə alan “Delta” qasırğası nisbətən zəifləsə də, hazırda bir neçə ştatın sakinləri işıqsız qalıb.
KONKRET.az Poweroutage.com-a istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən 700 mindən çox Birləşmiş Ştatlar sakininin elektrik enerjisi kəsilib.
Qeyd olunur ki, təkcə Luiziana ştatında təxminən 600 min insan elektrik enerjisindən məhrum olub.
İnternetdə güclü küləyin Artur gölünün sahilinə necə sürətlə çırpıldığını əks etdirən görüntülər yayımlanıb.
