“Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycan haqqında bəyanatı qəbuledilməzdir və Rusiyanın rəsmi mövqeyini əks etdirmir”.
KONKRET.az report-a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
“Deputatın Azərbaycan haqqında fikirləri qəbuledilməzdir və Azərbaycanla dost münasibətlərə zərər vura bilər. Bu fikirlər Rusiyanın rəsmi mövqeyini əks etdirmir”, – deyə o bildirib.

Dünyada bir terrorist ölkə var o da rusiyadır.
Rusiya ilə bağlanmış müqavilə kağız parçasından başqa bir şey deyil.
Rusiya quduz it kimi dünyanı vurub bir birinə
Bütün dünya birləşib rusiyanı çokürtməlidir.
Yoxsa çox qanlar axacaq!