Depardyenin Putin haqqında səsləndirdiyi sərt sözlərə REAKSİYA: “Hər şeyi ona izah etməyə hazırıq”backend

Depardyenin Putin haqqında səsləndirdiyi sərt sözlərə REAKSİYA: "Hər şeyi ona izah etməyə hazırıq"

Dmitri Peskov Rusiya vətəndaşlığı olan fransız aktyor Jerar Depardyenin Putin haqqında səsləndirdiyi sərt sözlərə münasibət bildirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Peskov “Mən güman edirəm ki, Depardye nə baş verdiyini tam başa düşmür” ifadəsini səsləndirib.

Kreml sözçüsü əlavə edib ki, aktyor siyasi gündəmə tam nəzər yetirmədiyi üçün 2014-cü ildə nə baş verdiyini, Minsk razılaşmalarında nələrin olduğunu, Donetsk və Luqanskda yaşananları başa düşmür.

“Lazım gəlsə, bütün bunları ona izah etməyə hazırıq” – deyə Peskov fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*