Deputatlığa namizədlərə kitabxanalarını paylaşmaq təklif olundubackend

Deputatlığa namizədlərə kitabxanalarını paylaşmaq təklif olundu

“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu parlament seçkilərində iştirak edən  namizədlərə maraqlı təkliflə çıxış edib.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, Şahbaz Xuduoğlu namizədlərin şəxsi kitabxanalarını paylaşmasını təklif edib. Naşir qeyd edib ki, onun səsini almaq istəyən namizədlər oxuduqları kitablar və yığdıqları kitabxanalar barədə məlumat paylaşsınlar:

“Hazırkı namizədlərin bəzilərini yaxından tanıyıram, böyük kitabxanaları olduğu barədə məlumatım var, məsələn, Etibar Əliyev, Fazil Mustafa. Dostluğumda olan namizədlər, lütfən kitabxanalarınızı bizimlə paylaşın. İnsanlar oxuduqları kitablarla tanınar”.

Şahbaz Xuduoğlu bildirib ki, hələ ki, cəmiyyət üçün faydalı seçki proqramı ilə çıxış edən namizəd üfüqdə yoxdur.

“Faydalı proqram – təhsil və səhiyyə ilə bağlı görmək istədikləri işlərdir. Əksər namizədlər rüşvət və korrupsiya ilə bağlı danışırlar. Yəni, o məsələdən danışırlar ki, hətta heç bir deputat onu həll etmək gücündə deyil. Mənim bir canlı səsim var. Onu kitab oxuyana, kitabxanası olana, millətin təhsillənməsinə, sağlamlığına xidmət edən namizədə verəcəyəm” deyə Şahbaz Xuduoğlu əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*