Elazığ Bələdiyyəsi Zabıta Müdirliyi qrupları polislə əməkdaşlıq edərək dilənçilərə qarşı geniş əməliyyat keçirib. Xüsusilə məscidlərin qarşısında və insanların sıx olduğu yerlərdə dilənçiliklə məşğul olan insanlar bir-bir yaxalanıb.
KONKRET.az xəbər verir ki, əməliyyat zamanı toplanan dilənçilər polis məntəqəsinə gətirilib. Axtarışlar zamanı yalnız bir dilənçinin üzərindən 10 min 780 lirə tapılıb. Məlum olub ki, dilənçi bu pulu cəmi bir günə yığıb.
Elazığ Bələdiyyəsi Təhlükəsizlik Müdiri Kadir Temur əməliyyatla bağlı bildirib ki, “Təhlükəsizlik Müdirliyi belə əməliyyatları tez-tez keçirəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az