Daxili İşlər Nazirliyi (DİN) Nəsimi rayonu, Rəsul Rza küçəsində körpəsini soyuqda donduraraq, dilənən qadın barədə açıqlama verib.
KONKRET.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərlə bağlı profilaktiki tədbirlər polis əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılmaqla davam etdirilir:
“Polis əməkdaşları tərəfindən aşkarlanmış, dilənçiliyi həyat tərzinə çevirərək soyuq hava şəraitində azyaşlını yanında saxlamaqla onun sağlamlığını təhlükəyə atan şəxslə bağlı da qanunamüvafiq tədbirlər görülüb”.
***
Bakıda qadın körpəsi ilə dilənir.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, qadın bütün günü alış-veriş mərkəzlərinin birinin qarşısında körpəsini soyuqda dondurur.
Ətrafda olan şəxslər qadının qucağındakı uşağın hər zaman yatdığını bildiriblər.
Uşağın xüsusi dərmanla yatırıldığını iddia ediblər.