DİN-dən Qubad İbadoğlunun qızının iddialarına REAKSİYAbackend

DİN-dən Qubad İbadoğlunun qızının iddialarına REAKSİYA

Amerika Birləşmiş Ştatlarında yaşayan iqtisadçı ekspert Qubad İbadoğlunun qızının izlənməsi ilə bağlı iddialar araşdırılır.

KONKRET.az xəbər verir ki, Q.İbadoğlunun qızı Jalə Bayramova hadisə ilə bağlı 102 xidmətinə müraciət edib. Bu gün J.Bayramova aidiyyatı üzrə Yasamal RPİ 28-ci Polis Bölməsinə dəvət edilib.

Ondan baş verənlərlə bağlı izahat alınıb. Hazırda J.Bayramovanın ifadəsi əsasında araşdırma başladılıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər.

Xatırladaq ki, Q. İbadoğlu sosial şəbəkə hesabında məlumat paylaşaraq qeyd edib ki, qızı Jalə Bayramova aprelin 9-da ərzaq almaq üçün getdiyi evin yaxınlığındakı mağazadan çıxanda izlənildiyini hiss edib, arxasınca gələnlər yaşadığı binanın həyətinə qədər onu müşaiyət ediblər. Səs-küy salandan sonra geri dönüblər./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*