DİN məişət zorakılığının və qadınların öldürülməsinin əsas səbəblərini açıqladıbackend

DİN məişət zorakılığının və qadınların öldürülməsinin əsas səbəblərini açıqladı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri bürosu xəbər verir ki, Qırğızıstanın Daxili İşlər Nazirliyi qadınlara qarşı zorakılığın səbəblərini açıqlayıb.

Qırğızıstan Daxili İşlər Nazirinin müavini Almazbek Orozaliyevin sözlərinə görə, əsas səbəb kişilərin spirtli içki qəbul etməsidir.

Daxili İşlər Nazirliyi məişət zorakılığını törədən şəxslərə qarşı ciddi tədbirlər görülməsinin vacibliyini vurğulayıb: “Spirtli içki qəbul edənləri təcridxanaya salmaqla ilk növbədə belələrini ayıltmaq və törədilə biləcək cinayətlərin, zorakılığın qarşısını almaq olar. Yeni kodekslərə və qanunlara görə, hazırda sərxoş kişiləri müvəqqəti saxlama təcridxanasında saxlamaq mümkün deyil. Ancaq biz bunun çarəsini tapmalıyıq. Əksər məişət zorakılığı spirtli içkiyə aludəçilikdən doğur. Bütün bunlar isə qadınlara və uşaqlara zərər verir. Odur ki, qanunlara yenidən baxılmalıdır. İçkiyə meylli olanların ciddi şəkildə qeydə alınma prosesi getməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*