DİN polisin qadına tanışlıq məqsədilə yazması ilə bağlı iddiaları araşdırırbackend

DİN polisin qadına tanışlıq məqsədilə yazması ilə bağlı iddiaları araşdırır

Dünən sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən KONKRET.az– a verilən məlumata görə, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib.

“Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək” – məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*