DİN: Sabirabadda qazinin dəfnində insident yaşanması ilə bağlı məlumatlar əsassızdırbackend

DİN: Sabirabadda qazinin dəfnində insident yaşanması ilə bağlı məlumatlar əsassızdır

Sosial şəbəkələrdə qazi Elvin Cəfərovun dəfnində insident yaşanması ilə bağlı məlumatlar yayılıb.

KONKRET.az-ın məlumatına görə, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır:

“Allahdan qazimizə rəhmət diləyir və təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkə səhifələri qazimizin faciəsindən öz çirkin məqsədləri üçün istifadəyə cəhd ediblər. Amma Elvin Cəfərovun ailəsi öz səbrli və təmkinli davranışı ilə onların bu cəhdini heçə çıxarıb.

Qazimizin dəfnində rayon rəhbərliyi, rayonun ictimaiyyətinin üzvləri, eləcə də onun yaxınları iştirak ediblər. Elvin Cəfərov el adət-ənənəsinə uyğun dəfn olunub. Dəfn prosesində heç bir insident qeydə alınmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*