Din xadiminə qarşı sui-qəsd: Öldürüldü – FOTObackend

Din xadiminə qarşı sui-qəsd: Öldürüldü - FOTO

Türkiyədə dini liderə qarşı silahlı hücum olub.

KONKRET.az Redaktor.az-a istinadən xəbər verir ki, Bitlis vilayətinin Güroymak rayonunda Nəkşibəndi dini icmasının lideri, dinşünas alim Şeyx Əbdülkərim Çevikə silahlı hücum edilib.

Bitlis xəstəxanasına çatdırılan 50 yaşlı dini liderin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübəli bilinən şəxs saxlanılıb. Onun üzərindən 3 sənədsiz silah aşkarlanıb.

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu sui-qəsdlə bağlı açıqlama verib:

“Çox kədərliyəm. Bir alimin ölümü bir aləmin ölümüdür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*