Din xadiminin təyin olunması qaydası müəyyənləşdibackend

Din xadiminin təyin olunması qaydası müəyyənləşdi

“İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” təsdiq edilib.

KONKRET.az xəbər verir ki, qaydalara əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi məqsədi ilə müsahibəni Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) təşkil edir.

Komitə sədri vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün müsahibə keçirilməsi barədə qərar qəbul edir.

Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Komitənin internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Komitənin internet saytında yerləşdirilir.

Müsahibə proqramı Komitə sədrinin əmri ilə təsdiq edilir və Komitənin internet saytında yerləşdirilir.

Müsahibə proqramı aşağıdakı sahələr üzrə formalaşır:

Azərbaycan Respublikası Konstitusiyası və dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktları;

Qurani-Kərim;

Hədis;

Fiqh;

Əqaid;

Təfsir;

Dini xitabət;

Dil bilikləri;

İslam tarixi;

Azərbaycan tarixi;

Digər dinlər barədə məlumat;

Ümumi dünyagörüşü.

Müsahibədə iştirak üçün namizəd tərəfindən aşağıdakı sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir:

Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

Tərcümeyi-hal;

Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

Sağlamlıq haqqında arayış;

Narkoloji dispanserdən arayış;

Ruhi-əsəb dispanserindən arayış;

Məhkumluq barədə arayış;

Foto (3×4) (4 ədəd);

Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*