Dindarlar aclığı dayandırdıbackend

Dindarlar aclığı dayandırdı

Artıq bir neçə gün idi ki, Müsəlman Birliyi Hərəkatının (MBH) bəzi üzvlərinin aclıq aksiyasına başlaması mövzusu ictimaiyyətin diqqət mərkəzindədir.

KONKRET.az xəbər verir ki, cəzaçəkmə müəssisələrində keçirilən aksiyanın başlama səbəbi kimi ayrı-ayrı şəxslərə qarşı təzyiqlərin olması açıqlansa da, sonradan bu mövzuda xeyli spekulyasiyaların olduğu və maraqlı qüvvələrin bu aksiyadan təxribat məqsədilə istifadə etmək niyyəti güddüyü diqqət çəkib.

İctimaiyyət nümayəndələri aclıq edən şəxslərə müraciət edərək, aksiyadan imtinaya çağırışlar səsləndiriblər.

Azərbaycanlı dindarlar, o cümlədən aclıq aksiyasında iştirak edən MBH üzvləri – Cabbar Cabbarov və Seyfəddin Şirvanov, habelə Polad Aslanov qeyd edilən müraciətləri və mövcud vəziyyəti nəzərə alaraq aclıq aksiyasını dayandırıblar. Hazırda həmin şəxslərin sağlamlıq durumu sabitdir.

Cabbar Cabbarov

 

 

 

 

 

Seyfəddin Şirvanov

 

 

 

 

 

Polad Aslanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*