“Dinimizin əmrlərinə…” – Rusiyada öldürülmüş qadının azərbaycanlı qatilləri tutuldu + VİDEObackend

"Dinimizin əmrlərinə..." - Rusiyada öldürülmüş qadının azərbaycanlı qatilləri tutuldu + VİDEO

Rusiyada 18 il əvvəl qətl törədən azərbaycanlılar saxlanılıb.

KONKRET.az xəbər verir ki, hadisə 2006-cı ildə Sankt-Peterburq şəhərində baş verib.

Belə ki, parkın mərkəzi xiyabanında bıçaq xəsarətləri olan 35 yaşlı qadın meyiti tapılıb. Qətllə bağlı cinayət işi açılsa da, 18 il ərzində hadisəni törədənləri müəyyən etmək mümkün olmayıb.

Davam edən araşdırmalar nəticəsində bu ilin mayında qətlə yetirilən qadının 43 yaşlı qardaşı Dağıstanda saxlanılıb. Bir neçə gün sonra isə Moskva yaxınlığındakı Elektrostalda onun cinayət ortağı olan 42 yaşlı həmyerlisi də tutulub.

Məlum olub ki, azərbaycanlı qardaş bacısının yaşadığı həyat tərzini qəbul etməyib və onun qətlə yetirilməsinə qərar verib. O, ilkin ifadəsində bacısını ailə dəyərlərinə və dinin əmrlərinə uyğun olmayan həyat tərzi sürdüyünə görə bıçaqlayaraq öldürdüyünü etiraf edib.

Nazim QƏNİYEV,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*