DİQQƏT: Bu şəxslərin kirayə mənzil pulunu dövlət ödəyə bilər…backend

DİQQƏT: Bu şəxslərin kirayə mənzil pulunu dövlət ödəyə bilər...

Almaniyada işsiz və aztəminatlı şəxslərin kirayə xərclərinin dövlət tərəfindən qarşılanması sosial təminatın mühüm alətlərindən biri kimi tanınır. Maraqlıdır, Azərbaycanda da sosial vəziyyəti ağır olan vətəndaşların kirayə haqqının büdcə hesabına ödənilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bu cür sosial dəstək mexanizmləri nəzəri baxımdan mümkündür, lakin Almaniya ilə Azərbaycanın sosial dövlət anlayışı və iqtisadi imkanları eyni deyil.

Onun sözlərinə görə, Almaniyada sosial təminat sistemi uzun illər ərzində formalaşıb və geniş maliyyə resurslarına əsaslanır:

“Bu məsələlər əlbəttə mümkündür. Amma Almaniyada olan sosial dövlət anlayışı ilə bizimki üst-üstə düşmür. Almaniyanın bu istiqamətdə tarixi təcrübəsi və imkanları fərqlidir. Bizdə hələ ki, müavinətlərin özünü tam şəkildə təmin etmək bəzən mümkün olmur. Ona görə də bu mərhələyə gəlib çatmağımız yəqin ki, illər sonra mümkün ola bilər. Amma indiki vəziyyətdə bu real çağırış deyil”.

Deputat vurğulayıb ki, hazırkı mərhələdə əsas prioritet mövcud sosial yardım mexanizmlərinin gücləndirilməsi və aztəminatlı ailələrin minimum təminatının yaxşılaşdırılmasıdır.

Beləliklə, Almaniya modelinin Azərbaycanda yaxın perspektivdə tətbiqi real görünməsə də, gələcəkdə sosial təminat imkanlarının genişlənməsi ilə bu kimi mexanizmlərin müzakirə mövzusuna çevrilə biləcəyi istisna olunmur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*